Elman Rüstəmova yeni vəzifə verildi

Elman Rüstəmov Baş nazirin müşaviri təyin olunub.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bununla Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

 

Qeyd edək ki, ötən gün Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilib.

 

Xatırladaq ki, Elman Rüstəmov 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri olub.

 

Müəllif | Apa.Tv
Apa.tv