Elmar Məmmədyarov: “Həmsədrlərin regiona səfəri gözlənilir”

Bu ayın sonunadək Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılıb.

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

 

Onun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Anjey Kaspşiklə görüşdə bu məsələ müzakirə olunub.

 

Nazir bildirib ki, ilin birinci rübündə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri nəzərdə tutulub. O, səfərin dəqiq tarixinin daha sonra müəyyənləşəcəyini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv