Elmar Məmmədyarov işdən çıxarıldı, yerinə Ceyhun Bayramov təyin edildi
Elmar Məmmədyarov Azərbaycanın Xarici İşlər naziri vəzifəsindən azad edilib.
APA TV-nin məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad olunaraq Xarici İşlər naziri təyin edilib.