Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri təyin edildi
Elmira Hüseyn qızı Axundova Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Azər Xudayar oğlu Xuduyev isə Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezidentin digər sərəncamları ilə Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycanın Yaponiyada, Adış Sakit oğlu Məmmədov isə Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfirləri təyin edilib.