Elşad Hacıyev DİN-də şöbə rəisi təyin edildi

Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.

 

APA TV xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, polis mayoru Elşad Hacıyev Kütləvi İnformasiya və İctimaiyətlə əlaqələr şöbəsinə rəis təyin edilib.

 

Məlumatı DİN-nin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.

 

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi ləğv edilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv