Elşad Mirbəşiroğlu: “Ermənistan Azərbaycana qarşı Qərbdən dəstək alacaq”
NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistandakı görüşlərindən sonra Paşinyanın aprelin 5-də Avropaya səfəri də dəqiqləşib. Belə ki, Brüsseldə qonaq ediləcək Ermənistan Baş naziri ilə görüşünün keçirilməsi gözlənilir. Gündəliyin iqtisadi əməkdaşlıqdan ibarət olduğu deyilsə də, İrəvan bu görüşdə Qərbdən təhlükəsizlik təminatı almaq istəyir ki, bölgədə onların maraqlarına xidmət edə bilsin. Görünən reallıq bundan ibarətdir ki, Ermənistan Qərbin dəstəyi ilə özü üçün əlverişli zamanın gəlməsini gözləyir. Qərb də bu zamanı sürətlə yetişdirmək niyyətindədir. Deputatın sözlərinə görə, Ukrayna cəbhəsindəki vəziyyət göz önündədir. Reallıq ondan ibarətdir ki, Qərb Ermənistanı ikinci Ukraynaya çevirmək niyyətindədir. Buna görə də regionun bütün ölkələri Ermənistanın davranışları ilə bağlı mövqe sərgiləməlidir. Əgər Ermənistan regionda Qərbə uyğun davranırsa, bütün region ölkəkələrinin, həmçinin İranın, elə Rusiyanın da təhlükəsizlik maraqlarına çox ciddi təhdid yaratmış olur. ORXAN ASLAN FUAD SADIQOV HƏZRƏT BAYRAMLI APA TV