Elşən Zeynalova general-mayor rütbəsi verildi
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin bir qrup hərbi qulluqçusu xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə təltif olunub. APA TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə, polkovnik Elşən Əsgər oğlu Zeynalova general-mayor ali hərbi rütbəsi verilib.