Əmək müqaviləsi məsələsində niyə geri qalırıq? - Nazir açıqladı
"Bu gün minimum əməkhaqqı yaşayış minimumunun 1,5 mislinə bərabərdir. Lakin bunu 2-yə çatdırmalıyıq. Bu gün əməkhaqqı fondunun ümumdaxili məhsulda payı bizim arzuladığımız rəqəmlərdən aşağıdır. Bunu inkişaf etmiş ölkələrin səviyyəsinə tədricən çatdırmalıyıq. Ümumi korporativ sosial məsuliyyət proqramlarının sayı çoxdur, amma cəmi məbləğin payına baxdıqda, inkişaf etmiş ölkələrdən geri qalırıq. Düşünürəm ki, yolun başlanğıcındayıq. Bu istiqamətdə birgə işlər aparacağıq", - o qeyd edib.