Əməkdar artist Almaz Mustafayeva vəfat edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva vəfat edib.

 

Bu barədə APA TV-yə teatın mətbuat xidmətinin rəhbəri Pərvin Nurullayeva məlumat verib.

O, aktirsanın uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildirib.

 

A.Mustafayeva bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

 

Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

 

“Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirsanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.

 

Allah rəhmət eləsin!

 

Müəllif | Apa.Tv
Apa.tv