Əməkdaşlarımız cəbhə xəttində
Bu gün səhər saatlarından etibarən Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib.
APA TV-nin çəkiliş qrupu da Füzuliyə ezam olunub. Bölgədəki vəziyyətlə bağlı məlumatı sizə təqdim edirik.
Qeyd edək ki, əməkdaşlarımız oradan uzaqlaşdıqdan 10 dəqiqə sonra Ermənistan silahlı qüvvələri əraziyə raket zərbəsi endirib.