Əməliyyat olunmuşdu, həyatda qala bilmədi

Zaqatalada 3 aylıq körpə ölüb.
 

Hadisə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Rayonun Aşağı Tala kənd sakini, 3 dekabr 2022-ci il təvəllüdlü Rəfail Tural oğlu Rəşidov martın 2-də səhər saat 06 rədələrində xəstəxananın Təcili yardım şöbəsinə daxil olub.

Həkimlərin səyinə baxmayaraq, 3 aylıq körpə xəstəxanaya daxil olduqdan bir qədər sonra həyatını dəyişib.

Körpənin bir müddət əvvəl Bakı şəhərindəki xəstəxanalardan birində əməliyyat olunduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv