Əmisi oğlunu iplə boğub öldürdü

Aprelin 22-də saat 07 radələrində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Hacıyev Tural Mahir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Tural Hacıyev qətlə yetirilən şəxsin əmisi oğludur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv