Əmiuşağı, xalauşağı evlənəndə nə olur? - Ağlınıza gəlməyən xəstəliklər
Bu gün həm cəmiyyət, həm də aidiyyəti qurumlar erkən nikahlarla mübarizə aparır. Ancaq bəlkə də daha böyük fəsadlara yol açan qohum evlilikləri ilə bağlı konkret tədbirlər görülmür. Bu dəfə qohum evliliyinin yaratdığı fəsadlar, genefonda vurduğu zərbədən danışacağıq. Ancaq mövzuya keçməzdən öncə insanlarımızın bu barədə düşüncələrini öyrənək.
Genetika mütəxəssisi Zakir Bayramovun sözlərinə görə, irsi xəstəliklər arasında qohum evlilikləri nəticəsində yarananlara tez-tez rast gəlinir.
Zakir Bayramovun sözlərinə görə, problem o zaman yaranır ki, biz və gələcəkdəki həyat yoldaşımız eyni problemli geni daşımış oluruq. Xəstəliklər həmin zaman ortaya çıxır. Qarşısını almaq üçünsə hazırda bir neçə test var:
Psixiatr Fuad Bəşirov isə deyir ki, qohum evlilikləri psixoloji xəstəliklər də yaradır.
Qohum evliliyinin fəsadları, cəmiyyətə vurduğu zərbə haqında danışdıq. Mütəxəssislərin fikirlərini də əsas götürərək söyləmək olar ki, qohum evliliyindən uzaq durmalıyıq. Bu mümkün olmadıqda isə gələcək təhlükələrdən sığortalanmaq üçün tam müaiyinələrdən keçmək başlıca şərtdir.