Emoməli Rəhmon koronavirusla mübarizədə Azərbaycanın Tacikistana yardımını yüksək qiymətləndirib

Tacikistanın Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

 

APA TV xəbər verir ki, Emoməli Rəhmon koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardımı yüksək qiymətləndirərək indiki çətin dövrdə bunu qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib.

 

Dövlət başçısı dost və qardaş xalqlarımızın hər zaman, xüsusilə də ağır pandemiya dövründə bir-birinin yanında olmasının önəmini vurğulayıb və bunu dostluq münasibətlərimizin təbii göstəricisi kimi qiymətləndirib.

 

Dövlət başçıları həmçinin ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın perspektivləri, nəqliyyat-tranzit problematikası ilə bağlı məsələləri də müzakirə ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv