Ən böyük arzusu yarımçıq qalan təhsilini başa vurmaq idi – Şəhid Elsəvər Qardaşzadə

Qarabağdakı antiterror tədbirləri zamanı şəhid olan Elsəvər Rakif oğlu Qardaşzadə 2004-cü ildə Lənkəran rayonunun Şağlaküçə kəndində doğulub. Mənsum Əbilov adına Şağlaküçə tam orta məktəbini bitirib. Ödənişli əsaslarla ali məktəbə daxil olsa da, təhsil haqqını ödəmək imkanı olmadığından təhsil ala bilməyib. Yaxınları bildirir ki, hərbi xidmətdən qayıtdıqdan sonra universitet təhsili almaq arzusunda olub. O, ailədəki 2 qardaşdan kiçiyi olub. Qeyd edək ki, hərbi xidməti bitirməyinə 10 gün qalmışdı. Oktyabrın 1 - dən ordu sıralarından tərxis olunub ehtiyata buraxılacaqdı. Şəhid Elsəvər Qardaşzadə subay idi. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran

Müəllif | Apa.Tv
Apa.tv