Ən yüksək bal toplayanlar GÖRÜN KİMLƏRDİR
12 və 13 mart tarixlərində keçirilmiş buraxılış imtahanında maksimal nəticə göstərən olmasa da, 3 nəfər 297.5 bal toplayıb.
APA TV xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, Bakı şəhəri 245 saylı məktəbin məzunu Səbirə Abbasova, Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin məzunu Xaqani Zeynallı və Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbinin məzunu Nərmin Sadıqlı 297.5 bal toplayıb.
Onlar 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə - müvafiq olaraq 244.7 bal, 296.7 bal və 290 bal toplayıblar.