“Enerji vampirləri" – Bilərəkdən insanların enerjisini çəkirlər – APA TV
Heç kiminləsə vaxt keçirdikdən sonra özünüzü yorğun və halsız hiss etmisiniz ? Bu sizə tanış səslənirsə, “enerji vampiri” ilə qarşılaşmış ola bilərsiz. Bu insanlar sizin emosional və zehni olaraq əhəmiyyətli dərəcədə tükəndirə və təsir altına sala bilər. Bəs, kimdir bu “enerji vapmir”ləri? Bioenergetik Əhməd Əhmədovun sözlərinə görə “enerji vapmir”ləri iki yerə bölünür. Bunu bilərək edənlər və fərqində olmadan edənlər.
Maraqlıdır, insanlar “enerqoparazit”lərdən xəbərdardırmı? Bəs özümüzü bu tip insanlardan necə qorumalıyıq? Psixoloq Gülər Məmmədovanın sözlərinə görə, “enerji vapmir”lərini bəzi ümumi əlamətlərdən tanımaq olar. Mütəxəssislərin fikrincə, özünüzü enerjik vampirlərdən qorumaq üçün əvvəla onlarla daha az vaxt keçirməlisiz. Bundan əlavə, şəxslər enerjilərini ala biləcək istək və ya dəvətlərə yox deməyi öyrənməlidir.
Hər bir halda, kimsənin təsir dairəsinə düşməmək üçün özünüzə güvənin, əhvalınızı daim yüksək tutun.
LƏMAN SALEHOVA
ARİF ƏLİYEV APA TV