Ər arvadını baltaladı - APA TV
Ər arvadını baltaladı - APA TV Cəlilabad sakini arvadını baltalayıb. APA xəbər verir ki, hadisə Yusublu kəndində qeydə alınıb. Kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olan arvadı, 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Arvadını baltalayan şəxs tutulub. Bu barədə APA-ya DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib. Məlumata görə, Şəhriyar Bayramov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.