Ər arvadını qətlə yetirib - LƏNKƏRANDA
Lənkəran rayonunda qətl hadisəsi baş verib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qətl hadisəsi rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb. Bir müddət əvvəl azadlığa çıxmış keçmiş məhkum - 1983-cü il təvəllüdlü Mais Məhərrəm oğlu Abıyev həyat yoldaşı 1981-ci il təvəllüdlü Günay Gəray qızı Abıyevanı yaşadıqları evdə qətlə yetirib.
İlkin məlumata görə, cinayət odlu silahla törədilib. Faktla bağlı araşdırma aparılır.