Ər həyat yoldaşını 25 bıçaq zərbəsi qətlə yetirib
Abşeron rayonunda ər, həyat yoldaşını amansızlıqla öldürüb. Hadisə Xırdalan şəhərində fərdi yaşayış evlərinin birində baş verib.
Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma zamanı məlum olub ki, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 22 yaşlı İnci Umarova həyat yoldaşı 30 yaşlı Sənan Umarov tərəfindən 25 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Qətli törədən Sənan Umarov saxlanlıb. Qonşuların verdiyi məlumata görə, qadın qaçaraq qonşunun evinə girib. Hadisə şahidləri bildirir ki, həmin evdə yüngül həyat tərzi sürən insanlar yaşayıb. Hadisədə namus üstündə törədildiyi deyilir.Qonşuların sözlərinə görə, ər arvadının həmin mənzilə gedib gəldiyini öyrənib və bu səbəbdən onu öldürüb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
RAMİL ZEYNALLI,
ƏLİ ƏLİYEV