Ər öldü, özündən 35 yaş kiçik arvadı isə... - XAÇMAZDA AĞIR QƏZA
Xaçmaz rayonunda ölümlə nəticələnən avtoqəza baş verib.
APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Toyota Prado” markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü - 1938-ci il təvəllüdlü İkram Gülbala oğlu Əliyev hadisə yerində ölüb, 1972-ci il təvəllüdlü həyat yoldaşı İlhamə Məmməd qızı Gülməmmədova isə müxtəlif xəsarətlər alıb.
Sıxılmış vəziyyətdə qalan meyiti və yaralı qadını maşından xilasedicilər çıxarıb.
Faktla bağlı araşdırma aparılır.