Əraziyə polis əməkdaşları cəlb edilib

Xəzər rayonunda intihara cəhd olub.

 

APA-nın məlumatına görə, orta yaşlı kişi Binə körpüsünün üstünə çıxaraq özünü atmaq istəyib.

 

Əraziyə polis əməkdaşları cəlb olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis əməkdaşlarının müdaxiləsi nəticəsində intiharın qarşısı alınıb. Həmin  şəxs polis şöbəsinə aparılıb. Hazırda araşdırma aparılır

Müəllif | Apa.Tv
Apa.tv