Ərdoğan 10 səfiri geri çağırdı – AZƏRBAYCANA YENİ SƏFİR TƏYİN ETDİ

Türkiyə Azərbaycana yeni səfir təyin edib. 

 

APA TV-nin Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb. Qərara əsasən, Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı olacaq. 

 

R. T. Ərdoğanın qərarlarıyla ümumilikdə 10 səfir geri çağırılıb, 13 ölkəyə isə yeni səfir təyin edilib. 

 

Qeyd edək ki, 1964-cü il təvəllüdlü yeni səfir uzun illərdir ki, siyasətlə məşğul olur.

 

Müəllif | Apa.Tv
Apa.tv