Ərdoğan karonavirusa qarşı vaksinasiyanın bitəcəyi tarixi açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə COVID-19 virusuna qarşı vaksinasiyanın nə vaxt bitəcəyinə aydınlıq gətirib.

 

APA TV-nin məlumatına görə, Ərdoğan jurnalistlərin sualına cavabında vaksinasiya prosesinin may-iyun aylarında başa çatacağını təxmin etdiyini bildirib.

 

“Düşünürük ki, may-iyun aylarında bu proses bitsin və yay fəslinə daha rahat girmiş olaq”, - deyə Türkiyə lideri qeyd edib.  

 

Müəllif | Apa.Tv
Apa.tv