Ərdoğan özünü öldürmək istəyən vətəndaşı BELƏ XİLAS ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan intihar etmək istəyən şəxsi xilas edib.

 

Türkiyə mediasının yaydığı məlumata görə, Ərdoğan 15 İyul Şəhidlər Körpüsündən keçərkən intihara cəhd edən vətəndaşı görüb. Dərhal xidməti maşını saxlatdırıb Murat Duran adlı şəxsin yanına gedən prezident onunla söhbət edib.

 

Rəcəb Tayyib Ərdoğanla aralarındakı dialoqdan sonra vətəndaş intihar etmək fikrindən daşınıb. Ərdoğan Murat Duran adlı şəxsə yardım edilməsi ilə bağlı tapşırıq da verib.

 

Qeyd edək ki, buna oxşar hadisə 2015-ci ildə də baş vermişdi. Həmin vaxt Türkiyə Prezidenti intihara cəhd edən Vəzir Çatraşı da fikrindən daşındırmışdı.

 

Müəllif | Apa.Tv
Apa.tv