Ərdoğan Putin və Zelenski ilə danışacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı aparacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə o gənclərlə görüşü zamanı deyib.

O qeyd edib ki, danışıqlar zamanı Vladimir Putin və Vladimir Zelenski ilə taxıl dəhlizinin açılmasına dair fikir mübadiləsi aparacaq.

Müəllif | Apa.Tv
Apa.tv