Ərdoğan: “Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, kilsələr tar-mar edilib”
Azərbaycan Prezidenti İlham Əliyevi və azərbaycanlı qardaşlarımızı Dağlıq Qarabağda Zəfərləri münasibətilə öz adımdan və millətim adından təbrik edirəm.
APA TV-nin xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə deyib.
“44 günlük dastanvarı Zəfərdən sonra 30 illik işğal sona çatdı, Dağlıq Qarabağ Ana Vətənlə təkrar qucaqlaşdı. Təbii asan deyil. Hər şeydən öncə Dağlıq Qarabağda 67 məsciddən 63-ü dağıdılıb, kilsələr də tar-mar edilib”, - deyə Ərdoğan vurğulayıb. O bildirib ki, Azərbaycanın bölgəni inkişaf etdirməsi üçün məcburi köçkünlərin torpaqlarına qayıtması böyük əhəmiyyət kəsb edir.
R. T. Ərdoğan qeyd edib ki, Ramazan bayramından sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşanı ziyarət etməyi arzulayır.
Türkiyə Prezidenti bildirib ki, Qarabağda türk mirasının qorunması üçün bütün imkanlarımızla Azərbaycanın yanında olmağımız vacibdir.