Ərdoğan Sinan Oğanın şərtlərini qəbul edəcəkmi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikinci turda dəstək əldə etmək üçün prezidentliyə namizəd olmuş Sinan Oğanın şərtlərini qəbul etməyəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə, Ərdoğan, CNN-ə müsahibəsində bildirib.

O qeyd edib ki, seçkilərin ikinci turunda həlledici rolu hər hansı siyasətçi yox, Türkiyə xalqı oynayacaq.

Müəllif | Apa.Tv
Apa.tv