Ərdoğanla Merkel son 7 gündə 3 dəfə telefonla danışıb - SƏBƏB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA TV-nin “Reuers”ə istinadən məlumatına görə, bölgədəki vəziyyət və Liviya mövzusunda müzakirələr aparılıb.

Bu, son bir həftə ərzində Ərdoğanla Merkel arasında üçüncü telefon söhbətidir. Onlar yanvarın 6-ı və 9-da Liviya, eləcə də Suriya məsələsini müzakirə edib.

 

Qeyd edək ki, Berlində Rusiya və Türkiyənin də iştirakı ilə Liviya mövzusunda konfrans planlaşdırılır.
 

Müəllif | Apa.Tv
Apa.tv