Ərini öldürən qadın məhkəmə zalından azadlığa buraxılıb
Ərini qətlə yetirməkdə təqsirləndirilən Sevda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA TV-nin xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Məhkəmə Sevda Babayeva barəsində verilən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsini CM-in 123-cü (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsinə tövsif edib.
Sevda Babayevaya bu maddə ilə 1 il 6 ay həbs cəzası verilib. Azərbaycanda Zəfər Günü ilə bağlı qəbul edilən Amnistiya Aktı şamil olunmaqla o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Sevda Babayeva bu il aprelin 21-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, həyat yoldaşı Elvin Əskərzadəni aralarında yaranmış mübahisə zamanı qətlə yetirmişdi.