Erməni aktyor sülh istədiyinə görə linç edilir

Aktyor Ovanes Azoyanın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Facebook səhifəsindəki paylaşımına yazdığı şərh Ermənistanı qarışdırıb. Lent.az-ın məlumatına görə, bir qədər əvvəl Mehriban Əliyeva Prezident İlham Əliyevin Qarabağa son səfəri ilə bağlı foto paylaşıb. Ovanes Azoyan isə paylaşımın altında belə bir rəy yazıb:

 

“İlham Əliyevin simasında sülhü görürəm, dünyada sülh olsun, yenidən müharibə başlamasın”.

 

Məhz bu şərhdən sonra Azoyan sosial şəbəkələrdə tənqid və təhqir edilib. Bir sıra profillərdən o, narkoman adlandırılıb. Bəziləri onun Nikol Paşinyanın oğlu ilə birgə narkotik istifadə etdiyini belə yazırlar. Bir profildə isə onun telefon nömrəsini yerləşdirərək, hamını Azoyanı təhqir etməyə çağırıblar.

 

Yeri gəlmişkən, bir sıra erməni KİV-i də Azoyanı təhqir edən məqalələrlə çıxış edib.

 

Qeyd edək ki, Ovanes Azoyan 1982-ci ildə Yerevanda anadan olub. Ölkəsində tanınmış aktyordur. 2009-cu ildən filmlərə çəkilməyə başlayıb, eyni zamanda müxtəlif telekanallarda aparıcılıq edib.

 

Müəllif | Apa.Tv
Apa.tv