Erməni diversantın üzərindən götürülən ləvazimatlar məlum oldu
Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində təxribat törədən Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirinin üzərində bir sıra hərbi ləvazimatlar və şəxsi əşyalar aşkar olunub.
Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib.
Erməni diversiya qrupunun komandiri baş leytenant Qurgen Alaverdyanın üzərindən götürülən əşyalar ictimaiyyətə təqdim edilib.