Erməni əsgər ağacdan asılmış vəziyyətdə tapılıb

 

Ermənistanda əsgərin asılmış meyiti tapılıb.

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, meyit noyabrın 26-da səhər saat 09:00 radələrində tapılıb.

Dilican Hərbi Təlim Mərkəzində əsgər Vahan Muşeqyanın ağacdan asılmış meyiti aşkar edilib.

2000-ci il təvəllüdlü V.Muşeqyan Syunik Ərazi Hərbi Kommisarlığından hərbi xidmətə çağrılıb.

Ermənistan Müdafiə Nazirliyi də ölüm faktını təsdiqləyib.

Müəllif | Apa.Tv
Apa.tv