Erməni hərbçilərin cənazələrini ailələri qəbul etmədi

Ermənistanda 44 günlük müharibədə ölən və valideynləri tərəfindən cənazəsi qəbul edilməyən hərbçilər Yerablur hərbi qəbirstanlığında basdırılacaq.

 

APA News.am-a istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müşaviri Vardan Avetisyan deyib.

 

O, ölkənin müxtəlif morqlarında saxlanılan və kimliyi ailələri tərəfindən qəbul edilməyən 80-dən çox hərbçinin hərbi qəbirstanlıqda xüsusi ayrılmış guşədə dəfn ediləcəyini deyib.

 

Prosesin 3 ay çəkəcəyi vurğulanıb.

Müəllif | Apa.Tv
Apa.tv