Erməni komandir diversiya törətmək tapşırığı aldığını etiraf edib

Avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd göstərərkən əsir götürülmüş Qurqen Alaverdyan Goranboy rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı diversiya törətmək tapşırığını aldığını etiraf edib.

 

APA TV-nin məlumatına görə, o, həmçinin harada anadan olması və Kəlbəcər rayonunda xidmət etdiyi barədə məlumat verib.

 

Qeyd edək ki, bu məlumatlar Ermənistan Silahlı Qüvvələri diversiya-kəşfiyyat qrupunun əsir götürülmüş komandirinin videomüraciətində yer alıb.

Müəllif | Apa.Tv
Apa.tv