Erməni nəşri: “Arayik Arutyunyan separatçıların təslim olması ilə barışmalıdır”

 

Qarabağdakı qondarma rejimin “lideri” Arayik Arutyunyan çətin seçim qarşısındadır. Ermənistanın “Hraparak” nəşri yazır ki, Arayik Arutyunyan iki yoldan birini seçməli, ya Bakı-Xankəndi dialoquna başlamalı, ya da separatçıların evakuasiyası ilə barışmalıdır. Nəşr qeyd edir ki, erməni müxalifəti separatçıların döyüş əhval-ruhiyyəsində olmasını tələb edir, Paşinyan iqtidarı isə Arayikin sülhə maneə yaratmamağının tərəfdarıdır. Azərbaycanın mövqeyinə gəlincə, rəsmi Bakı dəfələrlə bəyan edib ki, heç bir halda separatçılarla danışıqlardan söhbət gedə bilməz, Qarabağ sakinləri olan sıravi ermənilər isə Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər.

Müəllif | Apa.Tv
Apa.tv