Erməni politoloq: İrəvanın yürütdüyü siyasət Bakıda formalaşır - APA TV
“İrəvan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması məsələsində Bakının yanaşmasını qəbul edib”.
APA TV xəbər verir ki, bu fikri Ermənistanın tanınmış politoloqu Hrant Melik-Şahnazaryan öz facebook hesabında yazıb. Üstəlik, müxalif politoloq Ermənistanın Qarabağsız siyasətinin də Azərbaycanın təsiri ilə formalaşdığını bildirib.
O əlavə edib ki, görüşün nəticəsinə uyğun olaraq Ermənistan dövləti Bakının tələbi ilə Azərbaycanla sülh müqaviləsi üzrə substantiv danışıqlara başlayır.