15:50 25 noyabr 2022 47
Ana səhifə Xəbərlər

Erməni silahlıları Ağdam və Xocavənddəki mövqelərimizi atəşə tutub

Noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın