Erməni silahlıları ərazilərimizdə minalar basdırmağa davam edir – APA TV

“Ermənistan hələ də hərbçilərini Azərbaycanın suveren ərazisindən geri çəkməyib”. Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Deutsche Welle”-yə müsahibəsində deyib. O, Ermənistanın bu kimi davranışları ilə 10 noyabr üçtərəfli bəyanatın bir sıra maddələrini yerinə yetirmədiyini qeyd edib. Azərbaycan dövləti suveren ərazilərindəki separatçı qurumu hazırkı humanitar problemdə yeganə cavabdeh tərəf kimi görür deyən Prezidentin köməkçisi qeyd edib ki, Paşinyanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair bəyanatı yerdəki real əməlləri ilə uyğun gəlmir. O, bildirib ki, Ermənistanın Azərbaycanı bütün mümkün günahlarda ittiham etmək və yerdəki humanitar çətinliklərlə manipulyasiya etmək məqsədilə dünya miqyasında Azərbaycana qarşı başlatdığı kampaniya regionda status-kvonu möhkəmləndirmək, sülh prosesində iştirakını imitasiya etmək məqsədi daşıyan taktiki addımdır.

Müəllif | Apa.Tv
Apa.tv