Erməni terroru nəticəsində yaralanan iki azyaşlı evə buraxıldı
Ermənistanın Gəncəyə raket atəşi nəticəsində xəsarət alanlar arasında azyaşlılar da var.
APA TV-nin yerli bürosunun məlumatına görə, həmin vaxtı iki azyaşlı da dağıntılar altında qalıb.
Valideynlərinin və yaxınlıqdakıların köməkliyi ilə uşaqlar dağıntıların altında sağ-salamat çıxarılıb. Xəsarət alan azyaşlılar – 2013-cü il təvəllüdü Mehdiyev Ömər Nail oğlu və 2018-ci il təvəllüdlü Mehdiyeva Yağmır Nail qızı Gəncə şəhər təcili tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Azyaşlılara yardım göstərildikdən sonra evə buraxılıblar. Onların vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin ötən gecə saat 2 radələrində raket atəşi nəticəsində 4-ü qadın olmaqla, 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV