Ermənilər 30-a yaxın zirehli texnikasını qoyub qaçdı

Görüntü göz oxşayır. Çünki ordumuzun uğuru və zəfərinin bir parçasıdır. Bir neçə gün əvvəl sükanı düşmən əlində idisə, indi Azərbaycan ordusuna məxsusdur.

 

İçərisində dayandığım bu hərbi texnika Azərbaycan ordusunun işğaldan azad olunmuş torpaqlarda ələ keçirdiyi zirehli texnikadır. Bu hərbi texnikaları Ermənistan ordusu döyüş ərazisində qoyub qaçıb. 30 belə texnika var ki, onlar da hazırda Azərbaycan ordusunun tabeçiliyindədir.

 

Vəziyyət o yerə çatıb ki, düşmən erməni əsgəri çıxış yolunu ancaq qaçmaqda görüb. Bütün bunlar bir xəbərin carçısıdır: Azərbaycan ordusunun hərbi nailiyyətləri.

 

Kadrlar düşmənin döyüşmək istəmədiyindən xəbər verir. İndi onların taleyi Azərbaycan əsgərindən asılıdır. Bunun da bir həlli var – Qarabağ torpaqlarından çıxmaq. Əks halda biz bu cür kadrları çox çəkib göstərməli olacağıq.

 

Elvin Paşazadə,

Ziya İsmayılov,

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv