Ermənilər Ağdam və Ağcabədini atəşə tutub, ölən və yaralananlar var

Ermənistan silahlı qüvvələri Ağdamı top və raket mərmilərindən atəşə tutub.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, düşmən təxribatı nəticəsində rayonun Qərvənd kəndinə düşən mərmi 41 yaşlı Ələmdar Şükürovun, Alıbəyli kəndinə düşən mərmi 35 yaşlı Hacıağa Abbasovun, 46 yaşlı Sadiq Əhmədovun, Yelmar Cəfərovun və Orxan Əliyevin yaralanmasına səbəb olub.

 

Hazırda ermənilər yaşayış məntəqələrini top və raket mərmilərindən atəşə tutmağa davam edir.

 

Ağcabədi rayonunun kəndlərinə düşən top və raket mərmiləri isə 15 yaşlı İsgəndərov Fərid Dilafət oğlunun həyatına son qoyub, bir nəfər isə yaralanıb.

 

Eyni vaxtda Sarcalı kəndi ilə yanaşı, rayonun Taynaq, Poladlı, Hindarx qəsəbəsi, İmamqulubəyli, Muğanlı, Hacılar Qiyamadınlı, Minəxorlu kəndlərinə də top mərmiləri düşüb.

 

Ümumilikdə bu saatlaradək rayona 150-dək mərmi düşüb, 12 evə ziyan dəyib. Bir neçə texnika yarasız hala düşüb, 30-dək yardımçı tikililər dağılıb.

Müəllif | Apa.Tv
Apa.tv