Ermənilər Ağdamı atəşə tutdu, 2 nəfər yaralandı – BİRİ FHN-İN ƏMƏKDAŞIDIR
Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.
APA TV-nin yerli bürosunun məlumatına görə, atılan mərmilərdən biri məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə düşüb. Təhsil ocağına düşən mərmi dağıntılara səbəb olub. Həmin zaman hadisə yerində baş verən yanğını söndürmək üçün əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşını da qəlpələrdən zərər görüb.
Yanğınsöndürən maşının yanında olan Tərtər rayon sakini, Fövqəladə Hallar Nazirliyinin Ağdam Yanğından mühafizə hissəsinin əməkdaşı, 1993-cü il təvəllüdlü Qismət Yusifov qapalı kəllə-beyin travması ilə Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib:
Rayonun digər yaşayış məntəqələrindən birinə düşən raket mərmisi isə kənd sakini, Nadir Qasımovun həyətinə düşüb. Nəticədə kənd sakininin bir baş iribuynuzlu heyvanı tələf olub, tövləsində yanğın baş verib:
Nadir Qasımovun həmkəndlisi Sabir Rüstəmovun həyətinə düşən mərmi isə onun yaralanmasına səbəb olub. Mərmi düşən zaman ayağı ilişib yıxılan 59 yaşlı Sabir Rüstəmov qolundan yaralanıb.
Kənd sakini özünü yüngül yaralansa da heyvanlarının 2 başı tələf olub, 7-8 başı isə qəlpə yarası alıb.
Düşmən tərəfindən atılan mərmilərdən biri də Tələt İsmayılovun həyətinə düşüb. Yardımçı tikiliyə düşən mərmi dağıntılara səbəb olub. Xoşbəxtlikdən mərmi düşən vaxt zərərçəkən olmayıb.
Hazırda döyüşlər davam edir.