Ermənilər Ağdamı atəşə tutdu, iki mülki şəxs yaralandı

Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur. 

 

APA TV-nin yerli bürosunun məlumatına görə, düşmən təxribatı nəticəsində Böyükbəyli kənd sakinləri - 1992-ci il təvəllüdlü Cəbrayıllı Sədi Bəbir oğlu və 1977-ci il təvəllüdlü Quliyeva Hürü Talış qızı maşınla yol gedərkən Alıbəyli kəndi ərazisində mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

 

O cümlədən kənd ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə külli miqdarda ziyan dəyib. 

 

Düşmənin rayonu ağır artilleriyadan atəşə tutması nəticəsində ümumilikdə 50-dək evə, o cümlədən, Hacıturallı məktəbi, Sarıcallı məktəbinə də mərmi düşüb.

 

İmamqulubəyli kənd sakini Qənimət Quliyevin həyətinə düşən mərmi onun evinin və maşınının yararsız hala düşməsinə səbəb olub.

 

Düşmən təxribatı ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. Bildirilir ki, prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

Hazırda döyüşlər davam edir.

Müəllif | Apa.Tv
Apa.tv