Ermənilər Ağdamı atəşə tutdu, mülki sakinlər yaralandı
Humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan ordusu bu gün də Ağdam rayonunu intensiv atəşə tutub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun bütün cəbhəyanı yaşayış məntəqələri ağır artilleriya atəşinə məruz qalıb.
Qaradağlı, Çəmənli və Rzalı kəndlərinə onlarla top və raket mərmisi düşüb. Nəticədə Çəmənli kənd sakini 56 yaşlı Saleh Soltanovun evinə düşən mərmi onun yaralanmasına, evinin isə dağılmasına səbəb olub.
İsa Bayramovun isə yaxınlığına mərmi düşməsi səbəbindən travma alıb. Onun eşitmə problemi yaranıb.
Cəbhəyanı kənd sakinləri isə qarşı tərəfdə erməni kimi düşmənin fərqində olduğu kimi, onları qoruyan güclü bir Azərbaycan ordusunun olduğunu da bilirlər. Bu səbəbdən də işğal altında olan torpaqların qısa müddət geri qaytarılacağına əmindirlər.
Hazırda ermənilər tərəfindən kəndlərin atəşə tutulması davam edir.