Ermənilər Ağdamın Birinci Baharlı qəsəbəsinə top mərmisi atıb, evlərə ziyan dəyib

 

Bu gecə saat 00:40-da Ermənilərin atdığı top mərmisi nəticəsində Ağdam rayonunun Birinci Baharlı qəsəbə sakini,

1979-cu il təvəllüdlü Həsənov Elçin Əli oğlunun evi dağılıb. APA TV-nin Qarabağa bürosunun xəbərinə görə, saat 01:46-da Birinci Baharlı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Əhmədov Sabir Qulu oğlunun evi də düşən mərminin təsirindən zərər çəkib.

 

Ağdam rayonunun Birinci Baharlı qəsəbə sakini, 1950-ci il təvəllüdlü Behbudov Allahverdi Məhəmməd oğluna məxsus 200 ədəd ot bağlaması mərmi nəticəsində yanıb.

 

Düşmənin mülki yaşayış məntəqələrini atəşə tutması nəticəsində Aybəniz Şərifovanın iribuynuzlu heyvanları tələf olub.

Müəllif | Apa.Tv
Apa.tv