Ermənilər Ağdamın Əfətli və Hacıturallı kəndlərini atəşə tutub

Ermənistan silahlı qüvvələri Ağdam rayonunun kəndlərini ağır artilleriyadan atəşə tutur.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, işğalçı ordu səhər saatlarından başlayaraq rayonun Əfətli və Hacıturallı kəndlərini atəşə tutub.

 

Mərmilərin çox hissəsi əkin sahələrinə düşüb. Lakin kənd sakinlərinə məxsus fərdi yaşayış evləri də hədəfə alınıb və nəticədə dağıntılar baş verib.

 

Ermənilər sentyabrın 27-dən kənd ərazisini mütəmadi olaraq artilleriya atəşinə tutsa da, kənd sakinləri bir gün olsa belə, kəndi tərk etməyib. APA TV-nin əməkdaşları kənddə çəkiliş aparan zaman Aynurə Süleymanova çörək bişirmək üçün təndir qalayırdı.

Müəllif | Apa.Tv
Apa.tv