Ermənilər arasında gərginlik artır: Arzumanyan niyə tutulub?
Xankəndidəki separatçı rejimin sabiq “müdafiə naziri” Mikael Arzumanyan tutulub.
APA TV Ermənistanın “Hraparak“ nəşrinə istinadən xəbər verir ki, hazırda Araik Arutyunyanın “baş müşaviri” vəzifəsini icra edən Arzumanyan Qarabağdan Ermənistana gedərkən saxlanılaraq nəzarətə götürülüb. Onun Ermənistan İstintaq Komitəsi Hərbi İdarəsinin göstərişi ilə saxlanıldığı deyilir. Digər təfərrüatlar hələlik məlum deyil.
Xatırladaq ki, ötən gün süjetlərimizin birində Arayikin qondarma hökumət üzvləri ilə Ermənistan nümayəndələrinin də iştirakı ilə keçirilən görüşdə gərginlik yaşandığı və tərəflər bir-birini xəyanətdə ittiham etdikləri ilə bağlı məlumat vermişdik.