Ermənilər azərbaycanlıların Londondakı dinc aksiyasında təxribat törətdi

 

Ermənistanın Londondakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.

 

APA TV-nin Britaniya bürosu xəbər verir ki, Londonda yaşayan azərbaycanlılar səfirliyin binasının qarşısına toplanaraq Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara etirazlarını bildiriblər.

 

“Qarabağ bizimdir, bizim olacaq”, “İşğalçı Ermənistan” şüarları səsləndirən aksiya iştirakçıları Ermənistanın təxribatları dərhal dayandırmasını, Azərbaycan torpaqlarının işğalına son verməsini tələb ediblər.

 

Dinc aksiya zamanı ermənilər insident törədiblər. Aksiya iştirakçılarına hücum edən ermənilər bir nəfərə xəsarət yetiriblər. Polisin müdaxiləsindən sonra tərəflər ayrılıb, aksiya davam edib.

Müəllif | Apa.Tv
Apa.tv