Ermənilər Bərdə istiqamətində istifadəsi qadağan olunmuş raket atıb

Ermənistan silahlı qüvvələri dinc əhalini hədəfə almaqda davam edir.​

 

APA TV-nin yerli bürosunun məlumatına görə, düşmən bu dəfə istifadəsi qadağan olunmuş silahdan istifadə edib.

 

İşğalçı ordunun atdığı raketlərdən biri Bərdə rayonunun Həsənqaya kəndi ərazisində boş sahəyə düşüb. Həmin vaxt sahədə otlayan 5 iribuynuzlu heyvandan 2-si tələf olub, 3-ü yaralanıb.​


Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nümayəndələri hadisə yerinə baxış keçirib.

 

Müəllif | Apa.Tv
Apa.tv